İran ABŞ ilə danışıqlara açıq olduğunu bir daha təsdiqlədi


İranın Birinci Vitse-prezidenti Məhəmməd Rza Arif ölkəsinin ABŞ ilə danışıqlara qapalı olmadığını, ancaq danışıqlara yalnız ABŞ-dan "həqiqi diplomatik həll yolu tapmağa yönəldiyinə" dair zəmanət aldıqları təqdirdə başlayacağını bildirib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Arif əvvəllər danışıqlara hazır olduqlarını bəyan etdiklərini xatırladaraq, keçmiş danışıqlar zamanı İrana qarşı hücumların baş verdiyini qeyd edib.
Buna görə də, Arif yeni bir danışıqlar prosesinin başlaması halında oxşar addımların təkrarlanmayacağına dair zəmanət istədiklərini bildirərək, qarşı tərəfin həqiqətən danışıqlar aparıb-aparmadığının aydınlaşdırılmasının vacibliyini vurğuladı.

Arif, 2025-ci ilin iyun ayında ABŞ ilə danışıqları davam etdirərkən ABŞ tərəfindən hücuma məruz qaldıqlarını qeyd edərək dedi: "Bəs bu dəfə eyni şeyi etməyəcəklərinə dair hansı zəmanət var? Əgər onların həqiqətən danışıqlar axtardıqlarına və daha böyük bir şər gizlətmədiklərinə əminiksə, danışıqlar aparacağıq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ