Tramp: “İran əməliyyatı Venezueladakından daha çətin olacaq”


ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran əleyhinə hərbi əməliyyat həyata keçirmək Venezueladakından daha çətin olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, İranın mövcud hərbi imkanları ABŞ üçün vəziyyəti daha da çətinləşdirir.

Bundan əlavə, telekanalın məlumatına görə, iranlı rəsmilər ABŞ ilə heç bir danışıqlar aparmayıblar, halbuki Venesueladakı rəsmilər Tramp administrasiyası ilə Karakas əməliyyatından əvvəl ünsiyyətdə olublar.

Tramp bundan əvvəl ABŞ-ın böyük hərbi qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.

2025-ci ilin iyun ayında ABŞ İranda üç nüvə obyektinə zərbə endirmişdi. ABŞ Müdafiə Naziri Pit Hegset ölkənin 75 yüksək dəqiqlikli sursat vasitəsilə İranın nüvə proqramını tamamilə məhv etdiyini açıqlamışdı. İran hakimiyyəti isə öz nüvə obyektlərinin məhv edilməsini təkzib edir.

2026-cı il yanvarın 11-də CNN telekanalı xəbər vermişdi ki, Tramp ölkədə kütləvi etirazlar fonunda İranla bağlı hərbi ssenariləri nəzərdən keçirib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ