İran yaxınlığında 30-40 min amerikalı hərbçi var


ABŞ Yaxın Şərqdə 8–9 hərbi bazada təxminən 30–40 min hərbçi yerləşdirib və onların hamısı İranın zərbə radiusu daxilindədir.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Rubionun sözlərinə görə, regionda yerləşdirilmiş Amerika hərbçiləri İranın minlərlə “kamikadze” tipli pilotsuz uçuş aparatı və daha qısa mənzilli ballistik raketləri üçün real hədəf sayılır. Dövlət katibi vurğulayıb ki, bu təhlükə nəzəri xarakter daşımır və ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğuna birbaşa təhdid yaradır.

Dinləmələr zamanı qeyd olunub ki, ABŞ regiondakı hərbi bazalar vasitəsilə təhlükəsizlik və çəkindirmə siyasətini davam etdirsə də, mövcud risklər Vaşinqtonun Yaxın Şərq strategiyasında ciddi təhlükəsizlik çağırışları formalaşdırır. /modern.az/


MANŞET XƏBƏRLƏRİ