Ölkədə yüzminlərlə sənədsiz tikili var


Ölkədə sənədsiz tikililərin leqallaşdırılması ilə bağlı işlər aparılsa da, onların sayı hələ də yüksək olaraq qalır.

Turkustan.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova jurnalistlərin suallarını cavablayarkən deyib.

Onun sözlərinə görə, təxminən 400-500 min civarında sənədsiz tikili mövcuddur ki, onların sənədləşməsi hələ mümkün deyil. Sədr qeyd edib ki, dəqiq statistik məlumat olmadığı üçün genişmiqyaslı inventarlaşdırma işləri aparılmalıdır. Qeyri-rəsmi tikililərlə bağlı müraciətlərin sayına baxsaq, fərdi yaşayış tikililərinin sayı bunun ən azı 10 dəfə çox ola bilər. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ