Trampdan ultimatum: Netanyahuya bir ay vaxt verirəm!


ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahuya Suriya ilə təhlükəsizlik razılaşmasına nail olmaq üçün bir ay vaxt verdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, "Middle East Eye" (MEE) nəşrinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Suriya hökumətinə razılığa gəlmək üçün təzyiqi artırıb.

ABŞ İsrail və Suriyaya mart ayına qədər təhlükəsizlik razılaşmasına nail olmaq üçün təzyiq göstərsə də, İsrailin Hermon dağını qırmızı xətt kimi təyin etməsi razılaşmaya maneə olaraq qalır.

Mənbələr bildirib ki, heç bir tərəf bu məsələdə güzəştə getməyib, lakin əgər bu problemin öhdəsindən gələ bilsə, "tezliklə" razılaşma elan edilə bilər.

ABŞ prezidenti Trampla Suriya prezidenti Əhməd Şara arasında telefon danışığında da bu məsələnin müzakirə olunduğunu iddia edən xəbərdə bir mənbəyə istinadən "Tramp Şaraya Netanyahuya Dəməşqlə təhlükəsizlik müqaviləsini yekunlaşdırmaq üçün bir ay vaxt verdiyini" və Trampın Şaraya vahid Suriya görmək istədiyini söylədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ