Onun narkotik testi müsbət çıxdı! Serialla göz yaşları içində vidalaşdı


Ötən həftə televiziyada ən çox izlənilən layihələrdən biri olan “Kızılcık Şərbəti” serialının çəkiliş meydançasında gözlənilməz hadisə baş verib.

Turkustan.az xəbər verir ki, məşhurları hədəf alan narkotik araşdırması çərçivəsində serialda “Fatih Ünal” obrazını canlandıran aktyor Doğukan Güngördən götürülən test nümunələrinin müsbət nəticə verdiyi bildirilib. Nəzarətə alınan aktyorun test nəticələri açıqlandıqdan sonra kanal rəhbərliyi tərəfindən onunla bağlanmış müqaviləyə xitam verilməsi istənilib.

Bu gün çəkiliş qrupu tamamlanmış səhnələri serialdan çıxarılan, yeni bölümün treylerində yer almayan və şəkli rəsmi posterlərdən silinən Doğukan Güngör üçün vida tədbiri təşkil edib. Serialın çəkildiyi evə dəvət olunan aktyor həmkarlarının alqışları altında içəri daxil olarkən göz yaşlarını saxlaya bilməyib.

Jurnalist Birsen Altuntaşın məlumatına görə, danışmaqda çətinlik çəkən Güngör çıxışına yumoristik tonda “Donub qalmışam” deyərək başlayıb və sözlərinə belə davam edib:

“Bu evdə üç il yarım ərzində çox dəyərli anlar yaşandı, ruhumla saysız-hesabsız gözəl səhnələr canlandırdım. Bir aktyor və Doğukan olaraq bu, yəqin ki, indiyə qədər yaşadığım ən çətin səhnədir. Emosional bir insanam və bu səbəbdən mənim üçün daha da ağırdır. Amma əmin olun ki, bu prosesdə yaşadığım dağıntıların altından aktyorluğa olan sevgim, işimə bağlılığım və özümə inamımla çıxacağam”.

Güngör indiyədək birlikdə çalışdığı bütün rejissorlara təşəkkür edərək bildirib ki, “Gold Yapım” ona hər zaman dəstək olmağa çalışıb, lakin hər kəsin öz həddi və imkanları var:

“Hamınızı çox sevirəm. Burada gözəl bir ailəyə çevrilmişik. Hər şeyin yaxşı olacağına ürəkdən inanıram. Sağalmaq çətindir… Amma mümkün olacaq. Hamınızı sevirəm”.

Doğukan Güngör, Kızılcık Şerbeti'ne gözyaşlarıyla veda etti

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ