İran Ermənistana xəbərdarlıq etdi


Son həftələrdə Ermənistanda yaşayan az sayda İran vətəndaşı, eləcə də Türkiyədən çıxarıldıqdan sonra İrəvana gedən bəzi iranlılar İranda baş verən etirazlardan sonra İranın İrəvandakı səfirliyi qarşısında icazəsiz aksiyalar keçiriblər.

Turkustan.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, bu aksiyalar zamanı İran İslam Respublikasına və ölkə rəhbərliyinə qarşı hörmətsiz ifadələr səsləndirilib.

Agentliyin şərhində qeyd olunur ki, Ermənistan hökuməti İranla münasibətlərin möhkəmləndirilməsində maraqlıdırsa, bu əməkdaşlığa mane olan amillərə qarşı ciddi addımlar atmalıdır. Əks halda, İrəvan özünün əsas tərəfdaşlarından birini incitmək və ondan uzaqlaşdırmaq riski ilə üzləşə bilər.

Məqalədə sual şəklində vurğulanır ki, Ermənistan rəsmilərinin İran səfirliyi qarşısında hər gün İran rəhbərliyini təhqir edən bir qrup təxribatçının fəaliyyətinə laqeyd qalacağı gözlənilmir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ