ABŞ-dan şok hesabat: Rusiyanın itkiləri...


2022-ci ilin fevralından bəri Rusiya və Ukraynanın ümumi itkiləri təkcə hərbçilər arasında 2 milyona yaxınlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yeni hesabatında qeyd olunub.

Analitiklər vurğulayırlar ki, Rusiya II Dünya müharibəsindən sonra bütün dövrlər ərzində hərbçilər arasında ən çox itki verən ölkədir.

Hesabatda iddia edilir ki, 2022-ci ilin fevralından 2025-ci ilin dekabrına qədər Rusiya 1,2 milyon hərbçi itirib, onların 325 mini ölüb.

“Ukraynada döyüş meydanında impuls əldə edilməsi barədə bəyanatlara baxmayaraq, məlumatlar göstərir ki, Rusiya minimal nailiyyətlərə görə son dərəcə ağır bədəl ödəyir və böyük dövlət kimi zəifləyir. İkinci Dünya müharibəsindən bəri heç bir böyük dövlət heç bir müharibədə buna yaxın miqyasda itki verməyib”, – deyə hesabatda bildirilib.

Amerikalı analitiklər Ukraynanın hərbi itkilərini 500–600 min nəfər səviyyəsində qiymətləndirirlər, onların da 140 minə qədəri həlak olub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ