ABŞ-ın narkotik əməliyyatları: Ölənlərin sayı 126-ya çatdı


Tramp administrasiyasının Karib dənizi və Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia edilən gəmilərə hücumları nəticəsində ölənlərin sayı 126-ya çatıb.

Turkustan.az xəbər verir ki, Associated Press (AP) agentliyinin ABŞ Cənub Komandanlığına (SOUTHCOM) istinadən verdiyi məlumata görə, Karib dənizi və Şərqi Sakit okeanda baş verən hücumlarda ölənlərin sayı artıb.

2025-ci ilin sentyabr ayının əvvəlindən bəri həyata keçirilən ən azı 36 hücumda 116 nəfərin həyatını itirdiyi və dənizdə axtarış-xilasetmə əməliyyatlarında tapıla bilməyən və öldüyü ehtimal edilənlərin də əlavə olunması ilə bu rəqəmin 126-ya yüksəldiyi bildirilib.

Bildirilib ki, öldüyü ehtimal edilən şəxslərdən səkkizi ABŞ qüvvələrinin 30 dekabr 2025-ci ildə üç qayığa hücumları zamanı dənizə tullanıb, digər iki nəfər isə 27 oktyabr 2025-ci il və 23 yanvar tarixlərində hücuma məruz qalan qayıqlarda olub.

ABŞ ordusunun Karib və Sakit okeanlarında gəmilərə etdiyi son hücumlar, guya narkotik qaçaqmalçılığı ilə məşğul olduqları və gəmilərdəki sərnişinlərin birbaşa hədəfə alınması "məhkəmədənkənar qətllər" barədə beynəlxalq müzakirələrə səbəb olur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ