Zelenski liderləri tənqid etdi: Onlar nə edəcəyini bilmir!


Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Avropa liderlərini sərt tənqid edib.

Turkustan.az xəbər verir ki, Zelenski Avropa İttifaqı liderlərini ABŞ Prezidenti Donald Trampdan təlimat gözləməkdə günahlandıraraq onların “Qrenlandiya rejimində” olduqlarını bildirib.

Zelenski deyib:
“Avropa hələ də Qrenlandiya rejimindədir: bəlkə kimsə haradasa nəsə edər. Hamının diqqəti Qrenlandiyaya yönəlib və açıq-aydın görünür ki, bir çox lider nə edəcəyini bilmir.”

O, Qrenlandiyaya məhdud sayda hərbçi göndərilməsinin mənasız olduğunu vurğulayaraq bunun beynəlxalq mesajlarını sual altına alıb:
“Əgər Qrenlandiyaya 30 və ya 40 əsgər göndərsəniz, bunun nə faydası var? Bu, Putinə hansı mesajı verir? Çinə hansı mesajı verir? Və ən əsası, ən yaxın müttəfiqiniz olan Danimarkaya hansı mesajı verir?”

Zelenski əlavə edib ki, əgər Rusiya hərbi gəmiləri Qrenlandiya ətrafında sərbəst hərəkət edərsə, Ukrayna bu məsələdə kömək göstərə bilər:
“Bizim bu sahədə təcrübəmiz və silahlarımız var. Krım yaxınlığında olduğu kimi, Qrenlandiya ətrafında da bu gəmilərin zərərsizləşdirilməsi mümkündür.”

Ukrayna Prezidenti çıxışının sonunda Avropanın müdafiə məsələlərində hələ də irəliləyiş əldə etmədiyini qeyd edib:
“Keçən il Davosda çıxışımı ‘Avropa özünü necə müdafiə edəcəyini bilməlidir’ sözləri ilə bitirmişdim. Bir il keçib, amma heç nə dəyişməyib.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ