İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Avropa Birliyini (AB) Venesuelaya hərbi müdaxilə edən və prezident Nikolas Maduronu saxlayan ABŞ-a "sərt cavab" vermədiyinə görə tənqid edib.
Turkustan.az xəbər verir ki, İspaniyanın Cadena Ser radiosuna danışan Albares ABŞ-ın Venesuelaya hücumunu və Maduronun saxlanılmasını "beynəlxalq hüququn açıq şəkildə pozulması" kimi xarakterizə edib.
"Bu, gələcək üçün çox təhlükəli bir presedent yaradır. Biz güclülərin qanununa, cəngəllik qanununa tabe olmayacağıq", - deyən İspaniya xarici işlər naziri əlavə edib: "Güc tətbiqi sabitlik deyil, xaos gətirir. Mən Aİ-dən daha güclü bir bəyanat gözləyərdim".
Güc tətbiq etməklə hökumət dəyişikliklərinin sabitlik gətirmədiyini, əksinə xaosa səbəb olduğunu iddia edən Albares, "Sülh və demokratiya həmişə suverenliyə hörmətdən asılıdır" dedi.
Aytən Yaşar/ Turkustan.az