Maduronun sağ qolu Trampın iddiasını təsdiqlədi: Harada olduğunu bilmirik!


Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Flores ABŞ prezidenti Donald Trampın həbslərini elan etməsindən sonra "tutuldular".

Turkustan.az xəbər verir ki, Venesuela vitse-prezidenti Delsi Rodrigez dövlət televiziyasında verdiyi açıqlamada hökumətin Maduro və Floresin harada olduğu barədə heç bir məlumata malik olmadığını bildirib. Rodrigez bildirib ki, "Prezident Nikolas Maduro və Cilia Floresin sağ olduğuna dair təcili sübut tələb edirik".

CBS News-a danışan ABŞ rəsmiləri Maduronu ələ keçirmək əməliyyatının ABŞ ordusunun elit bölməsi olan Delta Force tərəfindən həyata keçirildiyini bildiriblər.

Bu hücumlar Venesuelanın geniş yeraltı sərvətlərini xatırlatdı. Venesuela nəhəng qızıl ehtiyatlarına və neft yataqlarına malik olmaqla qlobal sərvət baxımından əhəmiyyətli bir mövqe tutur. Qızıl sektorunun milliləşdirilməsindən sonra Venesuela hökuməti iqtisadiyyatını yenidən qurmağı və yeraltı sərvətlərini daha effektiv şəkildə idarə etməyi hədəfləyir. Venesuelanın dərinliklərində gizlənən nəhəng qızıl yataqları təkcə enerji ilə deyil, həm də digər qiymətli minerallarla zəngindir. Latın Amerikasının incisi olan Venesuela, ABŞ-ın diqqətlə nəzarət etdiyi bir xəzinəyə çevrilib. Venesuela yeraltı sərvətlər baxımından dünyanın ən zəngin ölkələrindən biridir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ