Qışın vacib qidaları - Məşhur həkimdən məsləhət


Qışda günün qısa olması, soyuq havaların artması və günəş işığının olmaması insanların enerji səviyyəsini azalda bilər. Lakin düzgün qidalanma bu işdə hər kəsə kömək edə bilər.

Turkustan.az xəbər verir ki, bunu məşhur həkim-diyetoloq Maryana Cutova Gazeta.ru-ya müsahibəsində bildirib. O, qeyd edib ki, yulaf əzməsi, tünd şokolad, göyərtilər(xüsusən yarpaqlı göyərtilər), qoz-fındıq və toxumlar enerjini qorumağa, qış yorğunluğu ilə mübarizə aparmağa kömək edir.

"Özünüzü daha enerjili hiss etməyin ən asan yollarından biri qida rasionunuza qoz-fındıq və tum, toxum əlavə etməkdir. Badam, qoz, günəbaxan tumu və balqabaq toxumları özündə enerji yaranmasına kömək edən, yorğunluğu azaldan maqnezium və sağlam yağlar ehtiva edir. Gün ərzində bu qidalardan az miqdarda qəlyanaltı kimi istifadə olunsa, onlar insanda enerjini qorumağa kömək edə bilər. Yulaf əzməsi də eyni dərəcədə sağlam qış qidası sayılır. O, yavaş şəkildə həzm olunan karbohidratları sayəsində qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edir və uzun müddət toxluq hissi verir. Səhər isti bir kasa sıyıq yemək günə sakit və enerji itkisi olmadan başlamaq üçün əla bir üsuldur",- həkim tövsiyə edib.

Həmçinin, qida rasionunuza tünd şokolad da daxil edə bilərsiniz. Çünki, o, antioksidantlarla zəngindir və özündə teobromin kimi təbii stimullaşdırıcı maddələr ehtiva edir. Bu isə tonusuartırır və əhval-ruhiyyəni yaxşılaşdırır. Qızılbalıq, skumbriya və siyənək də qışın vacib qidalarıdır. Onlar beyin sağlamlığı və emosional sabitlik üçün vacib olan omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr yorğunluğu azaldır və diqqəti cəmləşdirməyə kömək edir.

O ki qaldı, ispanaq, kələm və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərə, onlar yüksək dəmir tərkibləri sayəsində yorğunluqla mübarizə aparmağa kömək edirlər: "Dəmir səviyyəsi aşağı olduqda, hüceyrələr daha az oksigen alır və bu da zəifliyə, ümumi həyat performansının azalmasına səbəb olur. Buna görə də, göyərtilər qışda xüsusilə vacib qida sayılırlar. Onlar maddələr mübadiləsini dəstəkləyir və enerjini artırırlar"./publika.az


MANŞET XƏBƏRLƏRİ