Venesuela prezidenti Nikolas Maduro partiyasının təşkil etdiyi mitinqdə çıxışının remiks versiyasına rəqs edərək ABŞ-ı “sülh”ə çağırıb.
Turkustan.az xəbər verir ki, Paytaxt Karakasda keçirilən Bolivar İcma Komandirlərinin andiçmə mərasimində çıxış edən Maduro, ABŞ-la sülh istədiklərini vurğulayaraq səhnədə öz sözlərinin remiks versiyası ilə rəqs edib.
Minlərlə tərəfdarı qarşısında musiqi sədaları altında rəqs edən Maduro, "Müharibə? Heç vaxt, heç vaxt müharibə. Müharibə olmasın, lütfən, sülh, lütfən" deyərək izdihamın coşqunu artırıb.
Maduro Venesuela xalqının 94 faizinin “imperialist hərbi təhlükəni” qəbul etmədiyini bildirib və deyib:
"Bu gün müxtəlif partiyalara və ya ideologiyalara mənsubiyyətindən asılı olmayaraq bütün venesuelalılar vahid səsə çevrilib. Əhalinin 94%-i imperialist hərbi təhlükəni rədd edir və pisləyir və vətənlərini müdafiə etmək üçün istənilən təcavüzə qarşı durmağa hazır olduqlarını bildirirlər".
Aytən Yaşar/ Turkustan.az