Misirin xarici işlər naziri Bədr Abdulati sudanlı həmkarı Muhyiddin Salimlə telefonla danışıb.
Turkustan.az xəbər verir ki, Abdulati Sudanı parçalamaq cəhdlərinə qarşı olduğunu bildirib.
Görüş zamanı Əbdüləti Misirin Sudanın birliyini, ərazi bütövlüyünü və milli təsisatlarını qorumaq istiqamətində ardıcıl mövqe tutduğunu bildirib.
Əbdüləti hər hansı parçalanma cəhdinə və ya ölkədə sabitliyi pozmağa yönəlmiş hərəkətlərə qarşı olduqlarını bildirib və Şimali Darfurun paytaxtı Faşirdə son vaxtlar baş verən dəhşətli pozuntuları pisləyib.
Aytən Yaşar/ Turkustan.az