Britaniyanın ictimai yayımı olan BBC ötən il ABŞ prezidenti Donald Trampla bağlı yayımlanan sənədli filmdə Trampın çıxışını redaktə etdiyinə görə üzr istəyib, lakin Trampın təzminat iddiasını qəbul etməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, BBC-nin sözçüsü Trampın hüquq qrupunun BBC-yə məktub göndərərək onu 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələdiyi ortaya çıxandan sonra yazılı açıqlama verib.
Sözçü bildirib ki, agentliyin vəkilləri bazar günü alınan məktuba cavab olaraq prezident Trampın hüquq qrupuna məktub yazıblar.
BBC-nin sözçüsü bildirib ki, 28 oktyabr 2024-cü ildə Panoramada nümayiş etdirilən “Tramp: İkinci Şans?” sənədli filminin heç bir BBC platformasında təkrar yayımı planlaşdırılmır.
Sözçü sənədli filmin montaj üsuluna görə səmimi təəssüfləndiklərini, lakin bunun böhtan iddiası üçün əsas olması ilə qətiyyən razı olmadıqlarını söylədi.
Aytən Yaşar/ Turkustan.az