Amerika və Britaniya kəşfiyyat orqanları Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin yaradılmasında iştirak etmirlər.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib.
Bundan əvvəl qərbyönlü “Respublika naminə” partiyasının lideri Arman Babacanyan bəyan etmişdi ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti Mərkəzi Kəşfiyyat İdarəsi və Mİ6-nın köməyi ilə yaradılıb.
"Sən bunu haradan oxuyuban? Bu absurddur. SVR yaradılmazdan əvvəl müvafiq qanun qəbul edilib, sonra hökumətin qərarı. Bundan sonra gizli proseslər olub... ABŞ və Böyük Britaniyanın bununla heç bir əlaqəsi yoxdur, yalnız Ermənistan Respublikası iştirak edir", - Paşinyan bildirib.
O əlavə edib ki, Ermənistanın Xarici Kəşfiyyat Xidməti hər hansı digər xarici kəşfiyyat xidməti kimi Rusiya, ABŞ, Böyük Britaniya və digər tərəfdaş ölkələrdən olan həmkarları ilə əməkdaşlıq edir.
Xatırladaq ki, Ermənistanı Xarici Kəşfiyyat Xidməti 2022-ci ilin dekabrında Milli Təhlükəsizlik Xidmətindən ayrılıb və onun rəhbəri Kristine Qriqoryan (Ermənistanın keçmiş Ombudsmanı) təyin edilib./publika.az