ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Kiyevə səfər edib.
Turkustan.az xəbər verir ki, bu barədə Uitaker özünün X səhifəsində məlumat verib.
Amerikalı diplomat səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüyünü deyib.
“Açıq şəkildə bildirdim ki, bu mənasız müharibə bitməlidir və prezident Trampın səyləri nəticəsində əldə edilən sülh irəliyə doğru yeganə etibarlı yoldur”, - Uitaker bildirib. /axar.az/