1993-də Ordumuzun uğurlu əməliyyatı niyə görə dayandırıldı? – Açıqlandı


“1993-cü ilin sonlarına yaxın Azərbaycan ordusu uğurlu Horadiz əməliyyatına başladı”.

Turkustan.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov İctimai TV-də yayımlanan “Təmas Xətti”ndə deyib.

“Ümummilli lider həmin hərbi əməliyyatları başlayanda həm də güc nümayişi edirdi ki, ermənilər görsünlər Azərbaycan ordusu artıq mütəşəkkil olur. Horadizi ələ keçirdikdən sonra Heydər Əliyev özü əməliyyatı dayandırdı. O hiss edirdi ki, ordu hələ tam mütəşəkkil deyil”, – H.Həsənov bildirib.

O qeyd edib ki, Heydər Əliyev həmin ilin sonunda ilk rəsmi səfərini Fransaya etdi:

“Bu, inqilabi səfər idi. Məni UNESCO-ya dəvət etmişdilər ki, Azərbaycanın üzvlüyü üçün rəsmi iştirak edim. Heydər Əliyevə bunu deyəndə, məsləhət gördü ki, səfirlə məsləhətləşim. Səfir bildirdi ki, əgər nazir olaraq getsəm, qəbul ediləcəyəm. Mən də Heydər Əliyevə bildirdim və o dedi ki, belə bir şans varsa, tez gedim.

Doğrudan da, François Mitterran məni qəbul etdi və bildirdi ki, Heydər Əliyevi qiyabi çox yaxşı tanıyır. Mən ondan Heydər Əliyevlə şəxsən görüşməsini xahiş etdim və ölkəyə dəvət etdim. O isə bunun əvəzinə Heydər Əliyevi Fransaya dəvət etdiyini bildirdi. Bu, mənim üçün çox önəmli mesaj idi. Mənim yanımda köməkçisini çağırıb məktubu yazdırdı və mənə verdi. Bakıya gələn kimi prosesi mətbuata açıqladıq. Bu, sanki ermənilərin başına daş yağdı, onların əsas ümid yeri olan Fransa onlara böyük zərbə vurdu”, – Həsən Həsənov bildirib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ