“1997-ci ildə Ermənistan izolasiya vəziyyətində idi, çünki ilk dəfə olaraq beynəlxalq sənəd qəbul edilmişdi”.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov İctimai TV-də yayımlanan “Təmas Xətti”ndə deyib.
“Azərbaycan bu qədər razılıq verir, muxtariyyət, idarəetmə, torpaq iddiaları da yoxdur. Buna baxmayaraq ermənilər niyə razılıq vermirdi? Bütün dünyanı düşündürən sual bu idi. Onlar izolyasiya vəziyyətində idilər.
Noyabr ayında Petrosyan “Müharibə yoxsa, sülh?” adlı müqaviləni nəşr etdi. Mahiyyəti bundan ibarət idi ki, Ermənistan Qarabağ ətrafındakı bütün torpaqları Azərbaycana qaytarmalıdır. Bu, böyük əks-səda yaratdı. Ermənistan hakimiyyəti Petrosyana iki variant təklif etdi:
1.İddialardan imtina edərək, rəsmi açıqlama ver və Azərbaycan ilə Qarabağ uğrunda mübarizəni davam etdir. Bu halda sənə, ailənə və komandanıza təhlükəsizlik zəmanəti verilir.
2.İmtina etmirsən və sən, ailənə, eləcə də komandana təhlükəsizlik zəmanəti verilməyəcək və müharibə başlayacaq.
Nəticədə Petrosyan istefa verdi”, – H.Həsənov vurğulayıb.