Aİ Ukraynaya 1,8 milyard avroluq yeni yardım paketini təsdiqlədi


Avropa İttifaqı Şurası Ukrayna Mexanizmi çərçivəsində Ukraynaya 1,8 milyard avrodan çox məbləğdə beşinci ödənişi təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat yer alıb.

Hesabatda deyilir: “Ukrayna 1,8 milyard avrodan çox maliyyə vəsaiti alacaq”, - deyə hesabatda bildirilir.

Mətbuat xidməti izah edib ki, bu məbləğ Ukraynanın beşinci tranşın təsdiqi üçün tələb olunan doqquz addımı, eləcə də maliyyə yardımının əvvəlki dördüncü tranşından bir yerinə yetirilməmiş addımı uğurla həyata keçirməsini əks etdirir.

“Maliyyələşdirmə əsasən Ukraynanın makro-maliyyə sabitliyini gücləndirməyə və onun dövlət idarəçiliyinin gələcək işini dəstəkləməyə yönəlib”, - Aİ Şurası bildirir.

Vurğulanır ki, “Ukrayna Mexanizmi” çərçivəsində ödənişlər Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi strategiyasını, eləcə də yaxın illərdə Aİ-yə daxil olmaq üçün zəruri islahatların həyata keçirilməsi cədvəlini əks etdirən “Ukrayna Planı” ilə sıx bağlıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ