Ramiz Mehdiyevin qohumunun yerinə o təyin edildi


Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunub.

Turkustan.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət kapitanı Yaşar Şükürlü təyin edilib.

Qeyd edək ki, bir neçə ay əvvəl Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Elvin Mehdiyev 2024-cü ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunmuşdu. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.


MANŞET XƏBƏRLƏRİ