Ukrayna: Rusiya bir ay ərzində 6000-dən çox dronla hücum etdi


Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ordusu yanvar ayında ölkəsinə qarşı 6000-dən çox dron hücumu, təxminən 5500 idarə olunan bomba və 158 raket həyata keçirib.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında yanvar ayında Ukraynaya qarşı hava hücumları barədə məlumat verib.

Zelenski Rusiyanın bu dövrdə 6000-dən çox dron hücumu həyata keçirdiyini qeyd edərək, ölkəsinin müxtəlif bölgələrinə təxminən 5500 idarə olunan bomba və 158 müxtəlif növ raket atıldığını bildirib.

Zelenski bildirib ki, Rusiya ordusu ötən ay əsasən Ukraynanın enerji sektorunu, dəmir yolu infrastrukturunu və mülki yaşayış məntəqələrini hədəf alıb və hava hücumları davam edir.

Zelenski Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ