Amerikalı biznesmen İlon Maskın beyin implantı şirkəti “Neuralink” artıq dünyada ümumilikdə 21 nəfərin klinik sınaqlara cəlb olunduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
Bildirilir ki, sözügedən şirkət təxminən iki ildir insan üzərində sınaqlar aparır:
“Artıq 21 nəfər beyin çipi sınaqlarına cəlb edilib. Bu göstərici sentyabr ayında açıqlanan 12 nəfərlə müqayisədə artım deməkdir. Həmin vaxt şirkət bildirmişdi ki, bu şəxslər beyin çiplərini qəbul edib və düşüncə vasitəsilə rəqəmsal və fiziki alətləri idarə edirlər. İmplant əsasən onurğa beyni zədəsi kimi xəstəlikləri olan insanlara kömək etmək üçün nəzərdə tutulub.
İlk pasiyent bu implant vasitəsilə video oyunları oynayıb, internetdə gəzinib, sosial şəbəkələrdə paylaşımlar edib və noutbukda kursoru hərəkət etdirib”. globalinfo.az/