Şimali Kiprdə seçki: Ersin Tatar məğlub olur


Şimali Kiprdə bu gün keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Turkustan.az xəbər verir ki, 777 seçki qutusundan 580-i sayılıb.

İlkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman səslərin 63,28 faizini, hazırkı prezident Ersin Tatar isə 35,27 faizini qazanıb.

Nəticələr dəyişməzsə, Erhürman seçkilərdə qələbə qazanaraq Şimali Kiprin yeni prezidenti ola bilər./modern.az


MANŞET XƏBƏRLƏRİ