Qəzzada atəşkəs bərpa olundu, HƏMAS ittihamları rədd etdi


İsrail ordusu Qəzza zolağına hücumlarından sonra atəşkəs rejiminin bərpa olunduğunu elan edib.

Turkustan.az xəbər verir ki, ordudan verilən açıqlamada, HƏMAS tərəfindən pozulduğu iddia edilən atəşkəsin yenidən tətbiq olunmağa başladığı bildirilib.

Bəyanatda atəşkəs razılaşmasının yerinə yetirilməsinə davam ediləcəyi, lakin razılaşmanın hər hansı pozuntusuna sərt cavab veriləcəyi qeyd edilib.

İsrail, HƏMAS-ın İsrail ordusunun ünsürlərini hədəf aldığını iddia edərək, Qəzza zolağının cənubundakı Rəfahda bir neçə əraziyə hava zərbələri endirib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları bəyanat yayaraq atəşkəsə sadiq olduqlarını və Rəfahdakı hadisələrə heç bir aidiyyəti olmadığını açıqlayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ