Katz HƏMAS-ı təhdid etdi: Ağır bədəl ödəyəcəksiniz!


İsrailin müdafiə naziri Yisrael Katz HƏMAS-ın Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasını pozduğuna görə ağır bədəl ödəyəcəyi ilə hədələyib.

Turkustan.az xəbər verir ki, Katz verdiyi açıqlamada, "Həmas İsrailin əsgərlərini qorumaq və onların zərər görməsinin qarşısını almaq öhdəliyinə sadiq olduğunu çətin yoldan öyrənəcək" dedi.

İsrail ordusuna Qəzzadakı "hədəflərə" qarşı "sərt davranma" təlimatı verdiklərini xatırladan Katz, "Həmas hər atışma və atəşkəs pozuntusunun ağır bədəlini ödəyəcək, mesaj anlaşılmazsa, reaksiyaların şiddəti daha da artacaq" dedi.

İsrail ordusundan verilən açıqlamada, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah bölgəsinə atəş açıldığı bildirilib. Buna cavab olaraq ordu bölgəyə hücuma keçib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları bəyanat yayaraq atəşkəsə sadiq olduqlarını və Rəfahdakı hadisələrə heç bir aidiyyəti olmadığını açıqlayıblar.

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın atəşkəs razılaşmasını pozmasını əsas gətirərək Qəzza zolağına “sərt müdaxilə” əmri verdiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ