Zelenski Vaşinqtonda: Gündəmdə hava hücumundan müdafiə


24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi davam edərkən, Ukrayna prezidenti Zelenski Vaşinqtona getdi.

Turkustan.az xəbər verir ki, Zelenskinin ABŞ prezidenti Trampla da görüşü gözlənilir.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın paytaxtı Vaşinqtona “əlavə hava hücumundan müdafiə sistemlərinin” tədarükü tələbi üçün gəldiyini açıqlayıb.

Təyyarədən enərək onu qarşılayan nümayəndə heyəti ilə əl sıxışdığı anın görüntülərini paylaşan Zelenski, “Mən müdafiə şirkətlərinin nümayəndələri, yəni müdafiəmizi mütləq gücləndirə biləcək effektiv silah istehsalçıları ilə görüşürəm” deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ