Türk televiziya və teatr dünyasının qazisi Arif Erkin Güzelbeyoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Turkustan.az xəbər verir ki, “Yabancı Damat” serialındakı Memik Dədə obrazı ilə geniş tamaşaçı sevgisini qazanan Güzelbeyoğlu “Bizimkiler”, “Doksanlar”, “Canım Ailem”, “Muhteşem Yüzyıl” kimi unudulmaz tamaşalardakı çıxışları ilə də yaddaşlara həkk olunub.
Məşhur aktyorun ölüm xəbərini oğlu Mehmet Güzelbeyoğlu açıqlayıb. Sənətçinin dəfn mərasimi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Ötən ay 90 yaşını qeyd edən Arif Erkin Güzelbeyoğlunun vəfatı sənət aləmində və yaxınlarında dərin hüzn yaradıb. Ustad aktyor geridə saysız-hesabsız nailiyyətlər, dərin bədii irs, unudulmaz obrazlar qoyub.
Aytən Yaşar/ Turkustan.az