Kolumbiya prezidenti Qustavo Petro bütün İsrail diplomatlarını Kolumbiyadan qovacaqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrailin Qlobal Sumud Flotillasına hücumundan sonra prezident Petro ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı paylaşımında Kolumbiyadakı bütün İsrail diplomatlarının ölkədən qovulacağını bildirib.
Prezident Petro: "Əgər əlimizdə olan məlumat doğrudursa, bu, (İsrailin baş naziri Benyamin) Netanyahunun törətdiyi növbəti beynəlxalq cinayət olacaq. İsraillə azad ticarət müqaviləsi dərhal ləğv ediləcək. İsrailin Kolumbiyadakı bütün diplomatik missiyası ölkədən çıxarılacaq"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az