Aİ: Qəzzada humanitar yardımın gecikməsi seçim deyil


Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Hadja Lahbib bildirib ki, Qəzzada həyatlar risk altındadır və humanitar yardımın çatdırılmasında gözləmək bir seçim deyil.

Turkustan.az xəbər verir ki, Lahbib Amerikanın X şirkətinin sosial media platformasında mesaj paylaşıb.

Qəzzada mülki vətəndaşların çox ehtiyac duyduqları tibbi yardıma çatmaq üçün hər gün mübarizə apardığını qeyd edən Lahbib, AB-nin Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Ərzaq Proqramının dəstəyi ilə dünən Əl-Ariş limanına 94 ton tibbi yardım göndərdiyini bildirdi.

Lahbib Qəzzaya maneəsiz humanitar yardım çağırışı edərək, "Qəzzaya humanitar yardımın çatdırılmasında gözləmək bir seçim deyil. İnsanların həyatı risk altındadır" deyə vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ