“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı maarifləndirici layihə çərçivəsində 25 sentyabr 2025-ci il tarixində Qəbələ rayonunda gənc qızlar və onların ataları ilə aralarındakı ata-qız emosional münasibətlərindən bəhs edən iki günlük seminarın 1-ci gününü təşkil edib.
QHT.az xəbər verir ki, seminar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib.
Layihənin əsas məqsədi atalar və qızlar arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şəraitin yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılmasını təmin etməkdən ibarətdir.
Birlikdən verilən məlumata görə, nəticə etibarilə layihənin icrası zamanı əsas hədəf olaraq qızların özünə inamlı, müstəqil və məsuliyyətli fərdlər kimi inkişafları, onların ailə içində öz fikirlərini ifadə etməyəi, ataları ilə sağlam və müzakirələrə əsaslanan münasibətlər qurmağa başlayacaqları, təhsil və karyera sahəsində daha cəsarətli qərarlar alacaqları durur. Bu hədəfə nail olmaq üçün ailədə ümumi dinamik dəyişikliklər baş verəcəyinin ön plana çəkilməsi, ailədə daha çox qarşılıqlı dəstək və anlaşma şəraitinin yaradılmasının təmin edilməsi layihənin əsas məlumatlandırma xarakterini səciyyələndirir. Ailə üzvləri arasında təhsilə, karyeraya və şəxsi inkişaf sahələrində müzakirələrin artırılması, ailəiçi münaqişələrin azalması seminarın məlumatlandırma hissəsinin əsasını təşkil edib.
Seminarın ilk günündə layihə rəhbəri Nailə İsmayılova seminar iştirakçılarını salamlayaraq onlara layihə haqqında ətraflı məlumat verib. Layihə üzrə hüquqşünas Fariz Əkbərov qanunvericiliyin valideynlər qaşısında qoyduğu vəzifə və öhdəliklər barəsində məlumat verərək əsas məqamları onların diqqətinə çatdırıb. Qəbələ Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Nərmin Cabbarlı öz çıxışında ailələrlə aparılan işlərdən və rayon ərazisində yaşayan ailələrlə aparılan işlərdən bəhs edibər. Eyni zamanda o, layihənin mövzusunun təqdirəlayiq olduğunu xüsusilə qeyd edib.
Seminar zamanı yuxarıda qeyd olunan bütün detallar müzakirə olunaraq, əsas diqqət gənc qızlar və atalar arasındakı ata-qız sosial-emosional münasibətlərinə yönləndirilib. Müzakirələr zamanı duyğulu anlar yaşanıb. Belə ki, yanaşı oturan atalar qızları arasında yaşanan emosonal münasibətlərin ən gözəl hissləri elə iştirakçıların gözü qarşısında yaşanıb. Yeniyetmə qızlardan biri atası ilə üz-üzə dayanaraq onu çox sevdiyini söyləyərək göz yaşlarını saxlaya bilməyib. Ata da əlini qızının çiyninə qoyaraq qızının daim dəstəkçisi olduğunu və bundan sonra da olacağını etiraf edib. Tədbir iştirakçıları bu səhnə qarşısında öz keçirdikləri hissləri göz yaşlarına boğularaq biruzə veriblər.
Duyğulu anlardan sonra müzakirələr çay süfrəsi ətrafında diskusiyalarla davam edib. Seminarın ilk günü uğurla başa çatıb.