Akkuyu AES-in istifadəyə verilməsi ilə Türkiyənin ümumi daxili məhsulu (ÜDM) 50 milyard dollar artacaq.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qiymətləndirib.
Dövlət başçısının sözlərinə görə, AES işə başlayanda 35 milyon ton karbon emissiyasının qarşısını alacaq ki, bu da milyardlarla dollara qənaət etməyə imkan verəcək.
"Atom elektrik stansiyasının tikintisinə qarşı çıxmaq, əgər bu, cahilliyin nəticəsi deyilsə, yalnız bəd niyyətlə izah edilə bilər. Belə məhdud düşüncənin nə ölkəyə, nə də xalqa heç bir faydası olmayacaq", - Ərdoğan vurğulayıb. /axar.az/