Misir İsraili ABŞ-ın atəşkəs təklifini qəbul etməyə çağırıb


Misirin xarici işlər naziri Bədr Əbdüləti Qəzza zolağında aclığın İsrail tərəfindən törədildiyini bildirərək, Təl-Əvivi ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun HƏMAS tərəfindən də qəbul edilən atəşkəs təklifini qəbul etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, nazir Abdulati Misirin paytaxtı Qahirədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə mətbuat konfransı keçirib.

"Biz Fələstin davasının ləğvini rədd edirik və İsraili Vitkoffun Qəzzada atəşkəs təklifini qəbul etməyə çağırırıq", - Abdulati mətbuat konfransında deyib.

Nazir Əbdüləti Qəzzada aclığın "sözün tam mənasında aclıq" olduğunu və bunun "Qəzzada aclıqdan müharibə silahı kimi istifadə edən" İsrail tərəfindən törədildiyini ifadə edərək, İsrailin Qəzzada genişlənmə siyasətini rədd etdiklərini ifadə edib.

İsrailin Misiri hədəf alan iddialarına cavab verən Abdulati, "Qahirə Rəfah Sərhəd keçid məntəqəsini 24 saat açıq saxlayır və sərhədi bağlayan da İsraildir" dedi.

İsrailin baş naziri Binyamin Netanyahu Qahirənin fələstinlilərin Qəzza zolağından köçürülməsini rədd edən bəyanatlarına verdiyi ilkin cavabda Misirin "Qəzza sakinlərini öz ərazisində həbs etməyə üstünlük verdiyini" iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ