Əfqanıstanda güclü zəlzələ olub.
Turkustan.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 50 km şimal-şərqdə qeydə alınıb.
6 maqnitudada olan zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələ 250 nəfərin həyatına son qoyub. 500-dən çox insanın yaralandığını bildirilir. /Bakıvaxtı.az/