Suriya ordusu PKK/YPG-nin sızma cəhdini dəf edib


PKK/YPG Tel Maez kəndinə soxulmağa cəhd edib, ordu cavab verib.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbələrə istinadən yaydığı məlumata görə, PKK/YPG terrorçuları pusquya düşən qruplarını xilas etmək məqsədilə Hələbin çöl bölgəsində yerləşən Tel Maez kəndinə daxil olmağa cəhd göstəriblər.

Mənbənin məlumatında bildirilir ki, terrorçular ordu mövqelərini hədəfə alıblar. Əvvəlcə toqquşmalar yüngül silahlarla başlayıb, daha sonra PKK/YPG tərəfindən artilleriya atəşi açılıb. Cavab olaraq, Suriya ordusu ağır silahlarla qarşılıq verib və bölgəyə əlavə qüvvələr göndərilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ