ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri ilə bağlı ətraflı müzakirələr aparmadıqlarını bildirsə də, təhlükəsizlik zəmanətlərini dəstəkləyəcəklərini bildirib.
ABŞ prezidenti Ukrayna məsələsinə artıq pul xərcləmədiklərini və müharibəni bitirmək istədiklərini bildirib.
O, Rusiya prezidenti Vladimir Putinlə danışdığını və görüş zamanı nüvəsizləşdirmə məsələsinin gündəmə gəldiyini də bəyan edib.
Putinin Zelenski ilə niyə görüşməkdən çəkindiyini soruşduqda, Donald Tramp "Onu bəyənmir. Mənim də sevmədiyim insanlar var" cavabını verib və asanlıqla bitəcəyini ümid etdiyi müharibənin indi "şəxsiyyət münaqişəsinə" çevrildiyini bildirib.
Daha sonra Donald Tramp bu açıqlamanı verdi: "Zelenski və Putin görüşməlidirlər. Bilmirəm görüşəcəklər. Görüşməsələr, bunun nəticələri ola bilər".
Aytən Yaşar/ Turkustan.az