ABŞ üçtərəfli görüşün olacağını gözləmir - Röyters


Bazar ertəsi ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa ölkələrinin liderləri ilə keçirəcəyi görüş mütləq şəkildə Rusiya ilə üçtərəfli sammitin keçirilməsi ilə nəticələnməyə bilər.

Turkustan.az xəbər verir ki. bu barədə “Vaşinqton Post" qəzeti Ağ Evdəki mənbəyə istinadən məlumat verib.

“ABŞ bu həftənin sonunda Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsinə ümid edir. Lakin Ağ Ev bazar ertəsi keçiriləcək görüşün mütləq bu nəticəyə gətirib çıxaracağını gözləmir”, - deyə Ağ Ev rəsmisi bildirib.

“Vaşinqton Post” qəzeti əlavə olaraq bildirib ki, iki ölkə arasında olan təhlükəsizlik zəmanətlərinin hazırlanması çox vaxt tələb edə bilər. /axar.az/


MANŞET XƏBƏRLƏRİ