Tramp bu ölkəyə 25 faizlik tarif vergisi tətbiq etdi


ABŞ prezidenti Donald Tramp Çinlə birlikdə Hindistanın Rusiyadan ən çox enerji idxal edən ölkə olduğunu ifadə edərək, "Ona görə də Hindistan avqustun 1-dən etibarən 25 faizlik tarif ödəyəcək" dedi.

Turkustan.az xəbər verir ki, Tramp özünün Truth Social hesabında Hindistanla bağlı paylaşım edib.

“Buna baxmayaraq, biz bu illər ərzində Hindistanla nisbətən az iş görmüşük, çünki onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksəkləri arasındadır və onlar istənilən ölkənin ən sərt və ən dəhşətli qeyri-monetar ticarət maneələrinə malikdirlər”, - deyə, Tramp bildirib.

Hindistanın da silahlarının əhəmiyyətli bir hissəsini Rusiyadan idxal etdiyini ifadə edən Tramp: "Çinlə birlikdə Rusiyanın da enerji qaynaqlarının ən böyük alıcıları arasındadır. Bütün bunlar yaxşı deyil. Bu səbəbdən Hindistan avqustun 1-dən etibarən 25 faizlik tarif ödəyəcək" dedi.

Tramp Hindistanın bu səbəblərdən tarifə əlavə olaraq “cərimə də ödəyəcəyini” də bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ