Ukrayna və ABŞ arasında “meqa silah razılaşması” – Zelenski təsdiqlədi


Kiyev Vaşinqtonla genişmiqyaslı silah tədarükü barədə razılığa gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski saziş imzalayıb. O, bu razılaşmanın hər iki ölkəni gücləndirəcəyini vurğulayıb, lakin təfərrüatları açıqlamayıb.

“Biz Amerikanın sülh naminə Rusiyaya təzyiq göstərmək üçün atdığı fundamental addımları yüksək qiymətləndiririk”, – deyə Zelenski Telegram kanalında yazıb.

Bundan əvvəl Ali Radanın spikeri Ruslan Stefançuk Ukraynanın ABŞ-la “meqa sövdələşmə” üzərində işlədiyini bildirmişdi. Razılaşmaya əsasən, Ukrayna ABŞ-a pilotsuz uçuş aparatları satacaq, qarşılığında isə Vaşinqton Kiyevə müasir silah sistemləri verəcək. Bu razılaşma tərəflər arasında əməkdaşlıqda yeni mərhələ kimi qiymətləndirilir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ