Nəhəng asteroid Ayla toqquşacaq? - 2028-ci ildə... - Alimlərdən ŞOK XƏBƏRDARLIQ


Yerə doğru hərəkətdə olan nəhəng asteroidin Ayla toqquşması nəticəsində Yer üzərində dağıdıcı meteorit yağışı baş verə bilər.

Turkustan.az
xəbər verir ki, bu barədə “New York Post” və digər nüfuzlu elmi nəşrlər məlumat yayıb.

Söhbət 2024 YR4 adlı asteroiddən gedir. ABŞ-dakı elmi mərkəzlər və NASA-ya yaxın mənbələrin məlumatına görə, bu kosmik cismin Ayla toqquşma ehtimalı hazırda 4,3 faiz olaraq qiymətləndirilir. Hərçənd ki, Yerə birbaşa zərbə riski çox aşağı – təxminən 0,0017 faiz səviyyəsindədir.

Alimlərin fikrincə, əgər asteroid Ay səthinə çırpılarsa, orada 1 kilometrə yaxın diametrdə krater formalaşa və nəticədə milyonlarla kiloqramlıq Ay materialı kosmosa səpələnsə, onların bir hissəsi Yerə doğru yönələ bilər.

Mütəxəssislər bildirir ki, bu zaman baş verə biləcək meteorit yağışı Yer səmasında parlaq və uzunmüddətli “işıqlı yollar” yaradacaq. Eyni zamanda, bu parıltıların əksəriyyəti Ay səthindən qopmuş toz və qaya parçalarından ibarət olacaq. Yəni ilk dəfə olaraq Yer sakinləri Ay mənşəli meteorit yağışına şahidlik edə bilər.

Ekspertlər bu hadisənin Yerə ciddi ziyan vurmayacağını bildirirlər. Atmosferə daxil olan kiçik Ay parçaları adətən yanaraq zərərsiz hala gəlir. Lakin orbital zonada yerləşən minlərlə süni peyk və digər kosmik avadanlıqlar üçün bu toqquşmalar potensial təhlükə yarada bilər.

Hadisə ilə bağlı yekun nəticənin 2028-ci ildə – asteroidin Günəş arxasından çıxaraq müşahidə edilə biləcəyi vaxt əldə olunması gözlənilir. Bu müşahidələrdən sonra asteroidin real trayektoriyası və risk dərəcəsi daha dəqiq müəyyənləşdiriləcək.

Hazırda ABŞ və Avropa məkanındakı kosmik monitorinq sistemləri bu asteroidi daimi müşahidə altında saxlayır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ