Buzovnada əlində bıçaq olan şəxs gecə saatlarında ətrafdakılara qorxulu anlar yaşadıb.
Turkustan.az xəbər verir ki, 30-35 yaşlarında olan şəxs əlində bıçaqla yarıçılpaq vəziyyətdə avtomobil yoluna çıxıb.
Vətəndaşlar müdaxilə etməyə çalışsalar da, sözügedən şəxs buna imkan verməyib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Əraziyə gələn polis əməkdaşları vətəndaşı bölməyə aparıblar. (oxu.az)