Türkiyə şəhid verdi


Türkiyənin Şırnak Jandarma Komandanlığında xidmət edən çavuş Mehmet Əli Yıldırım şəhid olub.

Turkustan.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerliqaya məlumat verib.

Məlumata görə, hərbçi xidmət zamanı qayadan yıxılıb. Ağır yaralanan çavuş xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ