İsrailli nazirdən mübahisəli açıqlama: Qəzzada aclıq yoxdur!


İsrailin hücumları və blokadası səbəbindən aclıq və insanlıq faciəsi yaşayan Qəzza atəşkəs və ərzaq yardımı gözləyir.

Turkustan.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar isə tənqidlərə səbəb olan açıqlamalar verib və Qəzzada aclıq olduğunu təkzib edib.

HƏMAS-ın mövcudluğunu davam etdirməsinin israillilər və fələstinlilər üçün faciə olduğunu deyən israilli nazir: "Qədim torpaqlarımızın göbəyində cihadçı bir terror təşkilatına sığınacaq verməyəcəyik. Biz hər zaman konstruktiv dialoqa açığıq, lakin heç bir xarici qüvvə İsrailin təhlükəsizliyini təhdid etməsinə mane ola bilməz" dedi.

Gideon Saar həmçinin iddia etdi ki, atəşkəs üçün İsrailə beynəlxalq təzyiqlər HƏMAS-ın mövqeyini sərtləşdirməklə atəşkəs və girov razılaşması şansını sabote edir.
O, Qəzzaya havadan ərzaq yardımı göndərmək istəyən hər kəsə dəstək verəcəklərini bildirib: "Qəzzada vəziyyət "çətindir, lakin onların aclıq haqqında dedikləri yalandır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ