Tokayev Türkiyədə: Ərdoğan rəsmi mərasimlə qarşıladı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevi rəsmi mərasimlə qarşılayıb.

Turkustan.az xəbər verir ki, Tokayev və onu müşayiət edən nümayəndə heyətini Ankaraya gətirən təyyarə Esenboğa hava limanına enib.

Hava limanında təşkil olunan rəsmi qarşılanma mərasimində Prezident Ərdoğana milli müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının Kommunikasiya Direktoru Burhanəddin Duran, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər müşayiət ediblər.

Daha sonra Ərdoğan və Tokayev Esenboğa Hava Limanının Fəxri Salonunda qısa müddət ərzində ikitərəfli görüş keçiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ