İranın paytaxtı dəyişdirilir? – Pezeşkian açıqladı


İran Prezidenti Məsud Pezeşkian ölkənin cənub bölgələrinə paytaxtın köçürülməsi ilə bağlı mümkün təhlükəsizlik risklərinə münasibət bildirib.

Turkustan.az-ın məlumatına görə, Pezeşkian qeyd edib ki, bu gün təhlükəsizlik anlayışı əvvəlki dövrlərdən fərqlənir:

“Bu gün dünyada təhlükəsizliyin tərifi və təmin edilməsi keçmişdən fərqlidir, bunu son müharibədə də gördük”, – deyə dövlət başçısı bildirib.

O, cənub bölgələrinin də Tehran kimi şəhərlərin təhlükəsizliyini təmin etmək imkanına malik olduğunu vurğulayıb və paytaxtın köçürülməsinin zəruriliyini əsaslandırıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ