İbrahim Tatlısəsin qızı əmrə tabe olmadı, polis atəş açdı - VİDEO


Məşhur türkiyəli müğənni, İbrahim Tatlısəsin qızı, Dilan Çıtak Muğlanın Bodrum rayonunda saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, müğənni polis əməkdaşının "dayan" xəbərdarlığına məhəl qoymayıb və avtomobilini onun üzərinə sürüb.

Bu zaman polis havaya xəbərdarlıq atəşi açılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sənətçi əvvəlcə maşından düşməkdən imtina edib.

Dilan Çıtak Tatlıses barəsində “yol hərəkətini təhlükəyə atmaq”, “dayan xəbərdarlığına tabe olmamaq” və “dövlət qulluqçusuna müqavimət göstərmək” maddələri ilə cinayət işi açılıb. Onun polis idarəsindəki istintaq prosesi davam edir. Kult.az


MANŞET XƏBƏRLƏRİ