Etnik və məzhəb kimliyi üzərində bölünmüş Suriyanın federativ dövlətə çevrilməsi prosesinə Parisdə rəsmən start verildi. Bu prosesin geri dönüşü yoxdur. Prosesin pozulması Əhməd əş-Şara rejiminin ləğv edilməsi və Suriyanın tamamilə parçalanması ilə nəticələnəcək.
Turkustan.az xəbər verir ki. belə bir iddia ilə politoloq Xaqani Cəfərli çıxış edib.
“İran üçün gerisayım başlayıb və çox böyük ehtimalla sentyabr ayında İrana qarşı daha böyük miqyaslı hərbi müdaxilənin şahidi olacağıq. Donald Trampın HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma istəməməsi, buna görə də İsrailin HƏMAS-ın varlığına son verməli olduğu haqqında açıqlaması da dolayısı ilə İranı gözləyən prespektivə işarədir.
İranın daxilində vəziyyət sürətlə pisləşir. Sistan və Bəlucistanda bölgənin müstəqilliyi uğrunda mübarizə aparan qrupların hücumu güclənib. Ən son əyalətin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum olub. Kürdlərin silahlı birlikləri İrana qarşı əməliyyatlara başlayırlar. Paralel olaraq sosial-iqtisadi vəziyyət sürətlə pisləşir və hakimiyyət daxilində güc uğrunda mübarizə qızışır.
Bütün bunlar bizi parçalanmış xalqımızın və vətənimizin gələcəyi ilə bağlı düşünməyə, səfərbər olmağa vadar etməlidir”, - o bildirib. /BakuPost/