Xameneini təhdid etdi: Bu dəfə sənin üçün gələrik...


İsrail müdafiə naziri İsrael Katz İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini təhdid edib.

Turkustan.az xəbər verir ki, Katz İsrailin cənubundakı Ramon aviabazasına səfəri zamanı Xameneiyə mesaj ötürüb.

O, Xameneiyə İsraili təhdid etməməyi məsləhət görüb.

"Mən diktator Xameneiyə mesajımı aydın şəkildə çatdırmaq istəyirəm: İsraili təhdid etməyə davam etsəniz, bizim uzun qollarımız Tehrana yenidən, daha güclü formada uzana bilər. Bu dəfə sənin üçün gələrik", - Katz vurğulayıb. /publika.az/


MANŞET XƏBƏRLƏRİ