Putin erməniəsilli adamını “vura bilər”: Tarix və mühüm şərt üzə çıxdı – Bakı detalı


Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bağlı yerli mətbuatda yayımlanan iddialar müzakirələr yaradıb. Məlumata görə, Prezident Vladimir Putin XİN-in beynəlxalq arenada ölkənin mövqeyini müdafiə etməsindən narazıdır. Bununla yanaşı, bildirilir ki, son zamanlar qonşu dövlətlərlə münasibətlərin gərginləşməsi də Rusiya liderinin narahatlığına səbəb olub. Bu fonda özəlliklə Ermənistan və Azərbaycanla əlaqələr diqqət çəkib. Hazırda sözügedən nazirlik daxilində mühüm vəzifələrə gənc və iddialı kadrların seçilməsinə üstünlük verildiyi qeyd olunur. Bu isə Lavrovun gənclərə yol verərək tez bir zamanda təqaüdə çıxacağına dair fikirləri gücləndirib. Hətta 2026-cı ildə Rusiyada XİN başçısını dəyişəcəyi və belə bir qərarın şifahi olaraq dəqiqləşdiyi deyilir.

Putin Lavrovdan niyə narazıdır? Onu XİN başçısı vəzifəsində əvəz edəcək namizədlər kimlər ola bilər?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, mətbuatda yayımlanan bu informasiyaların doğruluğu mübahisəlidir:

“Aydındır ki, bu gün Rusiyanın xarici siyasəti, ümumilikdə kifayət qədər uğursuzdur. Bu, təkcə Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli deyil, həm də Rusiyanın Yaxın Şərq və İsrail ilə olan münasibətlərində yaşanan problemlərlə bağlıdır. Bundan əlavə, Rusiya ilə köhnə postsovet respublikaları arasında da gərginliklər mövcuddur. Bu, xüsusən Qazaxıstan, Azərbaycan, Qırğızıstan və hətta Özbəkistanla olan əlaqələrdə özünü göstərir. Beləliklə, Rusiya xarici siyasətində bir çox mübahisəli və çətin məsələlər mövcuddur və bu da ölkənin beynəlxalq mövqeyinə ciddi təsir edir. Lavrovun zaman-zaman sərt və alçaldıcı ifadələr işlətməsi, xüsusilə İsrail və ərəb dövlətləri ilə bağlı dedikləri, Rusiyanın xarici siyasətindəki gərginlikləri, problemləri daha da biruzə verir. Bir il öncə Lavrovun İsrail dövləti və xalqı haqqında işlətdiyi alçaldıcı ifadələr, nəticədə Putinin İsrail xalqından üzr istəməsinə səbəb oldu. Eyni zamanda, beş il əvvəl XİN rəhbərinin Ərəb Liqasına daxil olan dövlətləri aşağılayan açıqlamaları da mətbuatda geniş müzakirələrə yol açdı”.

yusif

Yusif Bağırzadə

Politoloq qeyd edib ki, bu cür təcrübələr Rusiyanın xarici siyasətindəki qeyri-sabitlik və nəzarətsizlik hissini artırır:

“Bütün bunların fonunda hazırda Lavrovun yerinə başqa bir şəxsin gətirilməsi ehtimalları çox azdır. Çünki Rusiyanın xarici siyasəti mürəkkəb durumdadır və gələcəkdə bunu uğurla idarə edəcək bir şəxsin tapılması çətin olacaq. Böyük ehtimalla, əgər Rusiyanın xarici siyasətində mühüm bir dönüş baş verməzsə, Lavrovun vəzifədə qalması davam edəcək. Fikrimcə, onun əvəzləyicisini tapmaq, mövcud geopolitik vəziyyətdə mümkün görünmür”.


MANŞET XƏBƏRLƏRİ